İsrailin baş naziri Mahmud Abbas ilə görüşməkdən imtina edib

İsrailin baş naziri Mahmud Abbas ilə görüşməkdən imtina edib
# 08 dekabr 2016 02:31 (UTC +04:00)

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas ilə Parisdə, İsrail-Fələstin münaqişəsinin nizamlanmasına dair beynəlxalq konfrans çərçivəsində görüşməkdən imtina edib.

APA-nın BBC –yə istinadən verdiyi xəbərə görə, konfrans Fransa paytaxında dekabrın 21-22-də keçiriləcək. İki gün davam edəcək konfransa 50-dan çox ölkənin rəsmiləri dəvət edilib.

İsrail baş nazirinin mətbuat xidmətindən bildirilib ki, Benyamin Netanyahu Abbasla yalnız birbaşa danışıqlara getməyə razıdır. Baş nazirin qənaətinə görə, Parisdə münaqişənin nizamlanmasında heç bir irəliləyiş olmayacaq. Fələstin administrasiyası isə əksinə, Fransanın təşəbbüsü ilə baş tutan tədbiri dəstəkləyib.

Qeyd edək ki, sentyabr ayında İsrail Moskvada Abbas ilə danışıqlardan imtina edib. Beləliklə, 2014-cü ilin aprelindən, ABŞ-ın vasitəçiliyi ilə baş tutan dialoqun iflasa uğramasından sonra İsrail və Fələstin arasında sülh danışıqları faktiki olaraq dondurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR