İndoneziyada qızıl mədəninin çökməsi nəticəsində 11 nəfər yerin altında qalıb

İndoneziyada qızıl mədəninin çökməsi nəticəsində 11 nəfər yerin altında qalıb
# 25 oktyabr 2016 04:20 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Sumatra adasında qızıl mədənlərindən birinin çökməsi nəticəsində azı 11 nəfər yerin altında köməksiz vəziyyətdə qalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Cambi əyalətində baş verib.

İlkin məlumatlara əsasən, mədən su basma nəticəsində çöküb.

Bildirilir ki, qəzaya düşənlər qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan yerli sakinlərdir.

Hadisə yerinə xilasedicilər göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR