“Neftmaştəmir” ötən ili xalis mənfəətlə başa vurub

“Neftmaştəmir” ötən ili xalis mənfəətlə başa vurub
# 18 may 2018 07:58 (UTC +04:00)

“Neftmaştəmir” ASC ötən ilin maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 2017-ci ilin dekabrın 31-nə “Neftmaştəmir”in aktivlərinin həcmi 1 mln. 461,920 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 1,04% çoxdur.

ASC-nin hesabat dövründə cəmi öhdəlikləri 1,67% azalaraq 1 mln. 936,237 min manat olub.

Hesabat dövründə şirkətin cəmi kapitalı 9,10 % artaraq 494,317 min manata çatıb. Cəmi gəlirləri 943,274 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,33% artım deməkdir, ASC-nin cəmi xərcləri isə 61,18% artaraq 883,105 min manat təşkil edib.

Ümumilikdə, ASC ötən ili 48 mln. 135 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR