Gəncədə iki piyadanı avtomobil vurub, onlardan biri ölüb - YENİLƏNİB

Gəncədə iki piyadanı avtomobil vurub, onlardan biri ölüb - <span style="color: red;">YENİLƏNİB
# 30 noyabr 2017 06:13 (UTC +04:00)

Gəncədə avtomobillə vurularaq ölən piyadanın kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ölən şəxs şəhər sakini, 1994-cü il təvəllüdlü Nəcəfov Siyavuş Akif oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

03.06

Gəncədə iki piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Qəza zamanı piyadalardan biri hadisə yerində ölüb. Digər şəxs, 1993-cü il təvəllüdlü Bağırov Rüstəm Fazil oğlu isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR