Alp dağlarında qar uçqunu nəticəsində iki xizəkçi ölüb

Alp dağlarında qar uçqunu nəticəsində iki xizəkçi ölüb
# 01 dekabr 2019 01:01 (UTC +04:00)

Alp dağlarının İtaliya tərəfində, Monblan zirvəsində qaç uçqunu olub, nəticədə iki xizəkçi ölüb.

APA xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Qeyd olunur ki, 28 yaşlı Edoardo Kamardella və 32 yaşlı Luka Martini dəniz səviyyəsindən 3 kilometr yüksəklikdə xizək sürərkən digər xizəkçinin yaxınlaşmaqda olan qar uçqunu barədə xəbərdarlığına məhəl qoymayıb. İtalyan xizəkçilər Punta Helbronner kanat yolu stansiyasından 500 metr aşağıda olduqda uçqunun altında qalıblar.

Hadisə yerində itlərin köməkliyi ilə xilasetmə işlərinə başlanılıb. Əraziyə bir helikopterin də cəlb olunduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR