Şəmkir-Gədəbəy yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Şəmkir-Gədəbəy yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 16 sentyabr 2017 18:53 (UTC +04:00)

Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Nissan Tide” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində xəsarət alanların şəxsiyyəti bəlli olub. Onlar Aytən Məmmədova, Əhəd Qurbanov, Məhluqə Axundova, Günel Hüseynovadır. Daha bir nəfərin yüngül xəsarət aldığı bildirilir. Yaralılardan bir nəfərin vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR