BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək

BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək
# 03 sentyabr 2017 20:40 (UTC +04:00)

ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, iclasın sentyabrın 4-də keçiriləcəyi bildirilir.

KXDR-in son nüvə sınağından sonra 5 dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət ediblər.

Qeyd edək ki, Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR