Azərbaycanla Bosniya və Herseqovina arasında bir sıra sənədlərin imzalanacağı gözlənilir

Azərbaycanla Bosniya və Herseqovina arasında bir sıra sənədlərin imzalanacağı gözlənilir
# 01 dekabr 2016 09:46 (UTC +04:00)

“Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi münasibətlər yüksək səviyyədədir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bosniyalı həmkarı İqor Çrnadakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda iqtisadi əlaqələrin genişləndirilməsi yolları müzakirə olunur: "Bu ölkə enerji layihələri ilə maraqlanır. Bu sahədə müzakirələr apardıq. Bu ilin sonu və ya gələn ilin əvvəlində Bakı-Tiflis-Qars dəmir yolu xətti fəaliyyətə başlayacaq. Bu isə bu ölkə üçün də müəyyən imkanlar açacaq. Səfərdən sonra qısa müddətdə bir neçə saziş hazırlamaq barədə qərarına gəldik ki, hüquqi bazanı gücləndirək”.

E. Məmmədyarov həmkarını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı məlumatlandırdığını da bildirib: “Azərbaycanın mövqeyi barədə məlumat verdim. Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyü tanıdığına təşəkkür etdim".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR