Azərbaycan prezidenti: "Bu il yataqxanalardakı məcburi köçkünlərin köçürülməsinə başlanılması barədə tapşırıq verilib"

Azərbaycan prezidenti: "Bu il yataqxanalardakı məcburi köçkünlərin köçürülməsinə başlanılması barədə tapşırıq verilib"
# 30 yanvar 2017 11:30 (UTC +04:00)

"Son illər məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə tikilib, 5 milyard manatdan çox vəsait ayrılıb. Bu il də yeni binalar tikilməlidir".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Dövlət başçısı bldirib ki, qəsəbələrdə fərdi evlərin tikintisi də həyata keçirilməlidir: "Çünki o qəsəbələrdə artıq infrastruktur var. Tapşırıq verilib ki, bu il yataqxanalardakı məcburi köçkünlərin köçürülməsinə başlanılsın. Bu il və qarşıdakı illərdə vəsait ayrılacaq ki, yataqxanalardakı məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılsın. Yaxın bir ay ərzində vəsait ayrılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR