Türkiyəli nazir STAR neft emalı zavodunda olub

Türkiyəli nazir STAR neft emalı zavodunda olub
# 17 avqust 2017 13:48 (UTC +04:00)

Türkiyənin Elm, sənaye və texnologiya naziri Faruk Özlü Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə yerləşən STAR neft emalı zavodunda olub.

APA-Economics”in “sondakika.com” saytına istinadən verdiyi məlumata görə, nazir zavodda aparılan inşaat işləri ilə tanış olub. Zavodla tanışlıqdan sonra mətbuata açıqlama verən nazir bildirib ki, Türkiyənin neft-kimya sənayesi məhsullarına tələbatı olduqca böyükdür. Onun sözlərinə görə, Türkiyə illik 11 mlrd. dollarlıq neft-kimya məhsulları idxalı edir. “Emal zavoduna 5,8 mlrd. dollara yaxın dəyərdə yatırım edilir. Gələn il istehsala veriləcək önəmli bir yatırımdır”.

F. Özlü bildirib ki, bu yatırımla neft-kimya sənayesi ehtiyac olduğu məhsulların istehsal tutumuna nail olacaq: “İzmirin sənaye tutumunu nəzərdən keçiririk. Şirkətləri gəzib onların dərdlərini dinləyirik. Bu yatırımla Türkiyədə öz sahəsində tək olan “Petkim”in yanında daha bir “Petkim” inşa etmiş olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR