Toydan qayıdan Lerik sakinləri Masallıda qəzaya düşüblər

Toydan qayıdan Lerik sakinləri Masallıda qəzaya düşüblər
# 05 sentyabr 2017 07:10 (UTC +04:00)

Bakıdan toydan qayıdan Lerik sakinləri mikroavtobusla Masallıda qəzaya düşüblər.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində Lerik rayon Ambu kənd sakinləri, 1972-ci il təvəllüdlü Xumar Məhərrəmova, 1963-cü il təvəllüdlü Nazilə Hüseynova və 1965-ci il təvəllüdlü Zərifə Dövlətova xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, “QAZel” markalı mikroavtobus yeni tikilən yolda maneəyə çırpılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR