Neft bahalaşıb

Neft bahalaşıb
# 27 sentyabr 2017 07:09 (UTC +04:00)

Dünya birjalarında neft yenidən bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,50% artaraq 52,14 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,34% artaraq 58,64 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR