“Azərbaycan” kinoteatrı fəaliyyətini bərpa edib

“Azərbaycan” kinoteatrı fəaliyyətini bərpa edib
# 06 dekabr 2016 15:15 (UTC +04:00)

“Azərbaycan” kinoteatrı fəaliyyətini bərpa edib. Bu barədə APA-ya “CinemaPlus” kinoteatr şəbəkəsinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, iki mərtəbəli kinoteatrın 3 zalı və 190 oturacaq yeri var: “Yaxın vaxtlarda açılış mərasimini etməyi düşünürük. Xüsusi zövq ilə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləmək və VIP-bar xidmətlərindən istifadə edə bilərlər. Bundan əlavə kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həmdə fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin əlil arabalı üçün zallarda xüsusi yerlər quraşdırılıb".

Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə “CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa” daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR