Ağsuda 4 nəfəri bıçaqlayan iki qardaş tutulub - YENİLƏNİB

Ağsuda 4 nəfəri bıçaqlayan iki qardaş tutulub - <span style="color: red;">YENİLƏNİB
# 23 noyabr 2016 08:04 (UTC +04:00)

Ağsu rayonunda kütləvi dava zamanı 4 nəfəri bıçaqlayan şəxslərin kimliyi məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən axşam rayonun Rəhimli kəndində keçirilən mərasimdə qeydə alınıb.

Ağarx kənd sakinləri - 1984-cü il Vəliyev Mansur İrzaxan oğlu və qardaşı 1989-cu il təvəllüdlü Vəliyev Vəli İrzaxan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Rəhimli kənd sakinləri - 1993-cü il təvəllüdlü Bəhramov Elvin Oqtay oğlunu, 1991-ci il təvəllüdlü Heybətov Elvin Şahvələd oğlunu, 1988-ci il təvəllüdlü Mikayılov İntiqam Abdul oğlunu və 1978-ci il təvəllüdlü Əliyev İsrafil Kiçikağa oğlunu bıçaqlayıb.

Hadisə yerindən qaçıb gizlənən qardaşlar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı tapılaraq istintaqa təhvil verilib.


***

22:47

Ağsu rayonunda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Rəhimli kəndində keçirilən mərasimdə qeydə alınıb. Kənd sakinlərindən birinin hərbi xidmətə yola salınması münasibətilə keçirilən mərasimdə spirtli içki qəbul edən qonşu kəndlərin gəncləri arasında kütləvi dava baş verib.

Hadisə zamanı Rəhimli kənd sakinləri - 1993-cü il təvəllüdlü Bəhramov Elvin Oqtay oğlunu, 1991-ci il təvəllüdlü Heybətov Elvin Şahvələd oğlunu, 1988-ci il təvəllüdlü Mikayılov İntiqam Abdul oğlunu və 1978-ci il təvəllüdlü Əliyev İsrafil Kiçikağa oğlu bıçaqlanıb. Həmin şəxslərin rayonun Ağarx kənd sakini tərəfindən bıçaqlandığı və həmin şəxsin qaçıb gizləndiyi bildirilir. Hazırda polis hadisəni törədən şəxsin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Xəsarət alanlar Ağsu rayon Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar cərrahiyyə əməliyyatı olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR