"Yapı Kredi Bank Azərbaycan" II rübü 1,4 mln. mənfəətlə başa vurub

"Yapı Kredi Bank Azərbaycan" II rübü 1,4 mln. mənfəətlə başa vurub
# 19 iyul 2018 09:28 (UTC +04:00)

"Yapı Kredi Bank Azərbaycan" 2018-ci ilin ikinci rübünün məlumatlarını açıqlayıb.

"APA-Economics"in məlumatlarına görə, bank ilin ikinci yarısını 1,401 milyon manat mənfəətlə başa vurub.

Bankın məcmu kapitalı ötən ilin ikinci rübü ilə müqayisədə 30% artıb. Hazırda "Yapı Kredi Bank Azərbaycan"ın məcmu kapitalı 65,750 milyon manata bərabərdir ki, bu da mövcud qanunvericilikdə tələb ediləndən 31% çoxdur.

Ötən dövr ərzində bank müştərilərə verdiyi kreditlərin həcmini də artırıb. Ötən rüblə müqayisədə 12% daha artıq kredit verən bank digər maliyyə institutlarından aldığı krediti də bağlayıb.

Hüquqi və fiziki şəxslərin tələbli əmanətlərinin toplam əmanətlərə həcmi 77% təşkil edir. Bankın faiz xərci ötən illə müqayisədə 43% azalıb, xalis faiz gəlirləri isə 20% artıb.

Bank ötən ilin yarısından etibarən kapitalın adekvatlıq əmsalını 14,9%-dən 24,8%-ə qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR