Dəməşqin atəşə tutulması nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb

Dəməşqin atəşə tutulması nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb
# 07 aprel 2018 02:21 (UTC +04:00)

Suriyada fəaliyyət göstərən “Ceyş əl-İslam” qruplaşmasının silahlıları paytaxt Dəməşq yaxınlığını raket atəşinə tutub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bundan əvvəl yaşayış məhəllələrinə düşən mərmilər 2 nəfərin həyatına son qoyub, 15 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün Dəməşqdə minalanmış avtomobilin partladılması nəticəsində 1 dinc sakin ölüb, 6-sı yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR