Kürdəmirdə yük və minik avtomobili toqquşub, xəsarət alanlar var

Kürdəmirdə yük və minik avtomobili toqquşub, xəsarət alanlar var
# 06 yanvar 2017 17:15 (UTC +04:00)

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA -nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu- Kürdəmir- İmişli yolunun Kürdəmir rayonunun Sor-sor kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayon sakini 1957-ci il təvəllüdlü Ağa Xanlar oğlu Mirzəyevin idarə etdiyi “QAZ-53” markalı maşınla Ağcabədi rayon sakini 1974-ci il təvəllüdlü Elşad Mamed oğlu Axundovun idarə etdiyi “Mercedes” markali minik maşını toqquşub.

Nəticədə minik maşınının sürücüsü E. Axundov və sərnişini 1976-cı il təvəllüdlü Elnur Surxay oğlu Əliyev müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR