Bakıda ağac kəsən şəxs cərimələnib

Bakıda ağac kəsən şəxs cərimələnib
# 07 may 2018 07:42 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Nazirlikdən APA-ya bildirilib ki, reyd zamanı Bakının Xətai rayonu Sarayevo küçəsi ilə M.Hadi küçələrinin kəsişməsində yaş köküstə 26 sm diametrliyində 1 ədəd Şərq çinarı ağacının kəsildiyi aşkarlanıb.

Araşdırma zamanı ağacın Bakı şəhər sakini Emin Dadaşov tərəfindən kəsildiyi və təbiətə 750 manat ziyan dəydiyi məlum olub. Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu fiziki şəxs qismində 2000 manat məbləğində cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR