Ermənistanda hakim və vəkil rüşvətə görə tutulub

Ermənistanda hakim və vəkil rüşvətə görə tutulub
# 29 oktyabr 2016 11:21 (UTC +04:00)

Ermənistanda hakim və vəkil rüşvətlə əlaqədar saxlanılıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, dünən hakim İşxan Barseqyan 1000 dollar məbləğində rüşvət alarkən tutulub.

Bu gün isə Ermənistan hüquq-mühafizə orqanları bu işlə əlaqədar vəkil Elza Zakaryanı saxlayıblar.

Hadisənin təfərrüatı hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR