Cahangir Cahangirov adına xorun 80 illiyi qeyd olunub

Cahangir Cahangirov adına xorun 80 illiyi qeyd olunub
# 23 noyabr 2016 11:24 (UTC +04:00)

Cahangir Cahangirov adına xorun 80 illik yubiley mərasimi keçirilib.

APA-nın məlumatına görə, Kamera və Orqan Musiqi zalında keçirilən gecədə ölkənin tanınmış ictimai-siyasi xadimləri, ziyalılar iştirak ediblər. Tədbirdə çıxış edən musiqişünas Zemfira Qafarova Üzeyir bəyin vaxtı ilə yaratdığı xorun keçdiyi yoldan danışıb. Bəstəkar Tofiq Bakıxanov Azərbaycan Televiziya və Radiosunun, ümumilikdə musiqi kollektivlərinin ölkəmizin mədəniyyətində onun inkişaf yolunda xidmətlərindən söz açıb. Xorun bədii rəhbəri və baş dirijoru Şəhla Ələkbərova göstərilən bu diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Tədbirin proqramında Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Səid Rüstəmov, Firəngiz Əlizadə və digər Azərbaycan bəstəkarlarının, eyni zamanda dünya musiqilərindən incilər səslənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR