DİN Salyanda iki nəfərin bıçaqlanması barədə məlumat yayıb

DİN Salyanda iki nəfərin bıçaqlanması barədə məlumat yayıb
# 25 yanvar 2018 07:58 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Salyan rayonunda dünən baş verən bıçaqlanma hadisəsi barədə mnəlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 24-də Salyan şəhər sakini olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilənlərin şəhər sakinləri Nurməmməd Cəfərov və Toğrul Abdulayev olmaları, münaqişə zəminində həmyerliləri Məhərrəm Babayev tərəfindən bıçaqlanmaları müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə M.Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR