Azərbaycanın Qazaxıstandakı səfiri Geologiya və Yeraltı Sərvətlərin İstifadəsi Komitəsinin sədri ilə görüşüb

Azərbaycanın Qazaxıstandakı səfiri Geologiya və Yeraltı Sərvətlərin İstifadəsi Komitəsinin sədri ilə görüşüb
# 08 fevral 2017 11:03 (UTC +04:00)

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Geologiya və Yeraltı Sərvətlərin İstifadəsi Komitəsinin sədri Bazarbay Nurabayev ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Azərbaycan və Qazaxıstan arasında geologiya sahəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Səfir Xəzər dənizinin ölkələrimizi ayıran deyil, əksinə birləşdirən dəniz olduğunu qeyd edərək, keçmiş SSRİ dövrində Qazaxıstanın neft yataqlarının kəşfiyyatı, hasılatı və ümumiyyətlə, neft sənayesinin qurulması və inkişafında azərbaycanlı mütəxəssislərin verdikləri töhfədən danışıb. Qarşı tərəf səfirin fikirlərinə razılıq ifadə edərək, geologiya sahəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib və Xəzər regionunun geoloji tərkibi ilə bağlı xəritənin hazırlanmasında azərbaycanlı mütəxəssislərin təcrübəsindən faydalanmağın vacibliyini vurğulayıb. Görüşdə səfir Bazarbay Nurabayevi Azərbaycana dəvət edib və qarşı tərəf dəvəti məmnuniyyətlə qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR