Bağlanan 10 bankın qorunan əmanətçilərinə 286 mln. manat kompensasiya ödənilib

Bağlanan 10 bankın qorunan əmanətçilərinə 286 mln. manat kompensasiya ödənilib
# 12 oktyabr 2016 20:56 (UTC +04:00)
Bakı - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu oktyabrın 12-də lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32,803 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50,853 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17,977 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,849 mln. manatdan artıq kompensasiya ödənilib. Dörd bank üzrə ümumilikdə 104,484 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
Bu gün “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13,839 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1,846 mln. manatdan artıq kompensasiya verilib. İki bank üzrə ümumilikdə 15,685 mln. manatdan artıq kompensasiya ödənilib.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,091 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 955,721 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,977 mln. manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ümumilikdə 145,024 mln. manatdan artıq kompensasiya verilib.
Bu gün “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 20,452 miln. manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 285,647 mln. min manatdan artıq kompensasiya ödənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR