Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb

Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb
# 14 noyabr 2016 14:09 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Belfastda baş tutan iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.

Aparılmış müzakirələrdən sonra son vaxtlar aktuallaşan danışılmış oyunlar məsələsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunacaq.

Qurum AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülməsini də qərara alıb.

Bundan başqa, AFFA-nın növbəti Konfransının vaxtı müəyyənləşib. Tədbir 2017-ci il martın birinci yarısında keçiriləcək. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR