Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 06 iyun 2018 20:27 (UTC +04:00)

Göyçay rayonunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 22:00 radələrində Göyçay-Ucar yolunda “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yenicə baş verdiyi üçün yaralıların adları hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR