Belarus və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

Belarus və Azərbaycan prezidentləri arasında telefon danışığı olub
# 12 aprel 2018 09:43 (UTC +04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, A. Lukaşenko İlham Əliyevi ölkəmizdə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona xalqımızın rifahı və Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə A. Lukaşenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək əlaqələrimizin bundan sonra da genişlənəcəyini əminliklə qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR