DGK sədri: “Beynəlxalq konfrans gömrük-biznes münasibətlərinin inkişafına təsir göstərəcək”

DGK sədri: “Beynəlxalq konfrans gömrük-biznes münasibətlərinin inkişafına təsir göstərəcək”
# 04 may 2018 14:22 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pablo arasında ikitərəfli görüş keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, DGK sədri S. Mehdiyev bu gün başa çatan Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Konfransının uğurla keçdiyini və konfransda müzakirə edilən məsələlərin, yaradılan əməkdaşlıq əlaqələrinin qlobal ticarət zəncirinin davamlılığının təmin edilməsinə, sürətli və asan şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. Komitə sədri konfransın gömrük-biznes münasibətlərinin inkişafına, SİO-ların gələcək fəaliyyətinə də müsbət təsir göstərəcəyini vurğulayıb.

A. Llobet konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, konfransın beynəlxalq ticarətin inkişafında, gömrük prosedurlarının asan və sürətli həyata keçirilməsində, gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Tərəflər konfrans çərçivəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyası arasında imzalanan Fəaliyyət Planına dair protokol barədə fikir mübadiləsi aparıb, razılaşmanın qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm addım olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR