“Bank VTB (Azərbaycan)”ın depozit portfeli artıb

“Bank VTB (Azərbaycan)”ın depozit portfeli artıb
# 30 aprel 2018 10:57 (UTC +04:00)

2018-ci ilin I rübündə “Bank VTB (Azərbaycan)”ın aktivləri 151,669 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 64,68% azdır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, aprelin 1-ə bankın kredit portfeli 64,841 mln. manat olub. Bu da ilin əvvəli ilə müqayisədə 78,71% azalma deməkdir.

Hesabat dövründə depozit portfeli 8,03% artaraq 47,720 mln. manat təşkil edib. Cəmi öhdəliklərin həcmi isə ilin əvvəl ilə müqayisədə 76,25% azalaraq 93,434 mln. manat olub.

Bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. 815 min manat olduğu halda, məcmu kapitalı 10,82% artaraq 56,585 mln. manat təşkil edib.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” I rübü 247,412 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR