Sinqapur aviaşirkətinə məxsus təyyarə təcili eniş edib

Sinqapur aviaşirkətinə məxsus təyyarə təcili eniş edib
# 10 noyabr 2016 02:33 (UTC +04:00)

Sinqapurun “Tigerair” aviaşirkətinə məxsus Airbus 320 təyyarəsi Makaoda təcili eniş edib.

APA-nın “Gazeta.ru”-ya istinadən xəbərinə görə, Makao - Sinqapur reysi ilə uçan təyyarənin göyərtəsində 172 sərnişin olub.

Məlumata əsasən, hava limanından qalxdıqdan sonra təyyarənin mühərrikində nasazlıq yaranıb. İnsident zamanı xəsarət alanların olmadığı bildirilir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR