İranın bəzi əyalətlərində “quş qripi” yayılıb

İranın bəzi əyalətlərində “quş qripi” yayılıb
# 06 yanvar 2017 09:54 (UTC +04:00)

İran İslam Respublikasının 11 əyalətində “quş qripi” yayılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, epidemiya ilə mübarizə üçün tibb ocaqları hazırlıq vəziyyətinə gətirilib.


İranın Baytarlıq Təşkilatı elan edib ki, hazırda ölkənin 11 əyalətində “quş qripi” yayılıb və bütün quşçuluq müəssisələrinə və yerli əhaliyə bununla əlaqədar müvafiq xəbərdarlıq olunub. Təşkilat 1800 məntəqədə yerləşən quşçuluq müəssisələrindən, kəndlərdən və satış bazarlarından 43 mindən çox nümunə götürüb. Əgər hər hansı quşçuluq müəssisəsində bircə quşda belə xəstəlik aşkar olunarsa, orada bütün quşlar məhv edilir.

Baytarlıq Təşkilatı əhaliyə müraciət edərək onlara diri və ya ovlanmış quşları almamağı məsləhət görüb. Quş ətinin yalnız etibarlı satış mərkəzlərindən əldə olunması tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR