Palata: Bank sektorunun balans kapitalı 2,7 mlrd. manatdır

Palata: Bank sektorunun balans kapitalı 2,7 mlrd. manatdır
# 12 iyul 2017 14:35 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30 mlrd. 101,1 mln. manat, cəmi öhdəlikləri 27 mlrd. 342,2 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 758,8 mln. manatdır.

Əhalinin əmanətləri 6 mlrd. 820,1 mln. manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2476-dır. Bütövlükdə bank sektorunun işçi heyəti 16034 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR