Hacıqabul sakini dəm qazından zəhərlənib

Hacıqabul sakini dəm qazından zəhərlənib
# 06 dekabr 2016 17:06 (UTC +04:00)

Hacıqabul sakini dəm qazından zəhərlənib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Hacıqabul rayonu Nəvai kənd sakini 1972-ci il təvəllüdlü Əlişova Təranə Əkbər qızı hamamda dəm qazından zəhərlənərək Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, T.Əlişovanın vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR