Daha bir küçədə təmir işlərinə başlanılıb

Daha bir küçədə təmir işlərinə başlanılıb
# 28 dekabr 2016 11:46 (UTC +04:00)

Binəqədi rayon Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır.

"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, təmir işlərinin aparıldığı ərazi Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən 350 metrlik hissəsidir. Küçənin eni bu hissədə 16 metr təşkil edir.

Hazırda küçənin sözügedən hissəsində yeni yeraltı kommunikasiya xəttinin çəkilişi işləri aparılır. Daha sonra yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeni xətt çəkilərək yağış barmaqlıqları qoyulacaq.

Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtük 2 qat olmaqla yenisi ilə əvəz olunacaq, mövcud piyada səkiləri isə bərpa olunacaq. Ümumilikdə küçənin sözügedən hissəsində 5 500 kvadratmetr sahəyə yeni asfalt-beton örtük döşənəcək, piyada səkilərinin kənarlarına isə 700 paqon-metr yeni səki daşları düzüləcək.

Qeyd edək ki, bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb. Sözügedən hissələr müasir görkəmdə təmir edilərək, hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yol-cizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

Növbəti etapda son olaraq küçənin İbrahimpaşa Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR