Yanğınla əlaqədar universitet binasından təxliyə edilən abituriyentlər iyulun 27-də yenidən imtahan verəcəklər

Yanğınla əlaqədar universitet binasından təxliyə edilən abituriyentlər iyulun 27-də yenidən imtahan verəcəklər
# 24 iyul 2017 07:59 (UTC +04:00)

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və məlum hadisə ilə bağlı təxliyə edilən abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.

Bu barədə APA-ya Dövət İmtahan Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR