Hemilton ABŞ Qran-Prisinin qalibi olub

Hemilton ABŞ Qran-Prisinin qalibi olub
# 23 oktyabr 2017 01:22 (UTC +04:00)

“Mersedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton “Formula-1” ABŞ Qran-Prisinin qalibi olub.

APA-nın xəbərinə görə, Ostin şəhərində baş tutan yarışda almaniyalı Sebastyan Fettel (“Ferrari”) ikinci, “Ferrari” komandasının finlandiyalı pilotu Kimi Raykkonen isə üçüncü yerin sahibi olub.

Qeyd edək ki, S.Hemilton ümumi hesabda da lideridir - 331 xal. 2-ci yerdə Fetttel (265), 3-cü pillədə isə “Mercedes” komandasının pilotu Valtteri Bottas (244) qərarlaşıb. "Formula-1"in son üç mərhələsi Meksika, Braziliya və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR