Dövlət Komissiyası: Ermənistanın qeyri-humanistliyi nəticəsində Dilqəm Əsgərovla Şahbaz Quliyevi azad etmək mümkün olmayıb

Dövlət Komissiyası: Ermənistanın qeyri-humanistliyi nəticəsində Dilqəm Əsgərovla Şahbaz Quliyevi azad etmək mümkün olmayıb
# 28 noyabr 2017 10:11 (UTC +04:00)

Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub, iş davam edir.

APA-nın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirib.

"Ermənistanın tutduğu qeyri-konstruktiv və qeyri-humanist mövqe nəticəsində bu günə kimi onların azad olunmasına nail ola bilməmişik. Amma inanıram ki, ölkə rəhbərliyinin başçılığı ilə bu məsələnin öhdəsindən gələcəyik", - deyə o bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR