Ciddi qanun pozuntusuna yol verən bələdiyyələrlə bağlı 15 fakt üzrə cinayət işi başlanılıb

Ciddi qanun pozuntusuna yol verən bələdiyyələrlə bağlı 15 fakt üzrə cinayət işi başlanılıb
# 06 fevral 2018 09:51 (UTC +04:00)

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

"APA-Economics"in məlumatına görə, iclasda Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş mərkəzinin ötən il üzrə fəaliyyəti müzakirə olunub.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2017-ci ildə Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub: "Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib".

Onun sözlərinə görə, ötən il 2636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi halları aşkarlanıb:“Həmin torpaq sahələrinin bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb".

Nazir müavini əlavə edib ki, ötən il bəzi bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları qeydə alınıb. V.Zahirov bildirib ki, qanun pozuntusu ilə bağlı 24 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib: "Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb”.

Ümumilikdə ötən il torpaq qanunvericiliyinin pozulması halları 2016-cı ilə nisbətən 3 dəfədən çox azalıb.

İclasın sonunda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR