Heybət-Puta mənzilində 3 kilometr yol təmir olunur

Heybət-Puta mənzilində 3 kilometr yol təmir olunur
# 25 oktyabr 2016 08:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Bakı-Böyük Kəsik istiqamətində Heybət-Puta mənzilində 3 km yolun əsaslı təmirinə start verilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, təmir işləri dörd gün davam edəcək.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 170 kilometr dəmir yolu əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR