Ermənistan ordusunda insident olub, bir əsgər ölüb, biri ağır yaralanıb - YENİLƏNİB-1

Ermənistan ordusunda insident olub, bir əsgər ölüb, biri ağır yaralanıb - <span style="color: red;">YENİLƏNİB-1
# 08 dekabr 2016 11:48 (UTC +04:00)

Dağlıq Qarabağda Ermənistan ordusunda baş vermiş insidentlə bağlı rəsmi məlumat açıqlanıb.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, dekabrın 8-də saat 02.10-da döyüş növbəsində olan sıravi əsgər Albert Postolokyan blindajın girişinə qumbara atıb. Partlayış nəticəsində blindajda istirahət edən sıravi Qarnik Terteryan qəlpə yaraları alıb.

A. Postolokyan isə hadisəni törədəndən sonra avtomat silahı ilə özünü güllələyərək öldürüb.

Q. Terteryan hospitala çatdırılıb.

Faktla bağlı cinayət işi başlayıb.

***

saat 13.18

Ermənistan ordusunda baş verən növbəti ölüm hadisəsinin təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri yazır ki, Ermənistanın Dilican şəhərindən Dağlıq Qarabağa hərbi xidmətə çağırılan əsgər Albert Postolokyanla digər hərbi qulluqçu Qarnik Tereryan arasında dekabrın 8-ə gecə insident baş verib.

Şəxsi münaqişə zəminində Q. Terteryan əlindəki qumbaranı A. Postolokyana atıb.

Qumbaranın partlaması nəticəsində A. Postolokyan ölüb, Q. Terteryan özü isə ağır qəlpə yarası alıb

Hazırda vəziyyəti kritik qiymətləndirilir.

***

saat 12.21

Dağlıq Qarabağda erməni əsgər ölüb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Albert Postolokyan güllə yarasından ölüb.

Hadisənin gecə saatlarında Ağdərə istiqamətində baş verdiyi bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR