Yaqub Zurufçu Kanadada konsert verəcək

Yaqub Zurufçu Kanadada konsert verəcək
# 11 dekabr 2017 15:01 (UTC +04:00)

Əməkdar artist Yaqub Zurufçu Kanadanın Toronto şəhərində konsert proqramı ilə çıxış edəcək.

Bu barədə APA-ya Yaqub Zurufçu özü məlumat verib: “Kanadada şimaldan və cənubdan çoxsaylı soydaşımız yaşayır və mədəni fəaliyyət göstərir. Belə cəmiyyətlərdən biri Azərbaycan mədəniyyətinə 40 ildən artıq xidmətlərimə görə mənim şərəfimə fəxri gecə təşkil edib. Konsert 2018-ci ilin yanvarın 1-də keçiriləcək”.

Sənətçi qeyd edib ki, ötən il də Kanadada konsert proqramı ilə çıxış edib və Ontario ştatının Təhsil Naziriliyi tərəfindən fəxri diplomla təltif edilib.

Qeyd edək ki, konsert gecələri silsilə xarakter daşıyacaq. Y. Zurufçunun Torontodan sonra Los-Anceles, Hyuston, Vaşinqton, London və Bakıda da konsertlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR