Salyanda qadını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Salyanda qadını bıçaqlayan şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB
# 06 dekabr 2017 14:20 (UTC +04:00)

Salyan rayonunda qadına bıçaqla xəsarət yetirən 47 yaşlı şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Salyan rayon sakini, 1970-ci il təvəllüdlü Tural Abbasov münaqişə zəminində rayon ərazisində fəaliyyət göstərən lombardın işçisi, 1970-ci il təvəllüdlü Xanım Eldar qızı Bədəlovaya bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində T.Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

11:22

Salyanda lombard işçisi bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayon ərazisində fəaliyyət göstərən lombarda gələn naməlum şəxs oranın işçisi, 1970-ci il təvəllüdlü Xanım Eldar qızı Bədəlovaya bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR