Siyəzən və Bərdə sakinindən xeyli narkotik götürülüb

Siyəzən və Bərdə sakinindən xeyli narkotik götürülüb
# 12 sentyabr 2017 10:21 (UTC +04:00)

Siyəzən və Bərdə sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Şəmsi Məlikovun evinə baxış zamanı 2 kiloqram 641, 801 qram marixuana, Bərdə RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə isə Xanərəb kənd sakini Samir Mirzəliyevdən 41,48 qram, yaşadığı evdən 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR