Türkiyədə Ədalət və İnkişaf partiyasının binası qarşısında partlayış törədilib

Türkiyədə Ədalət və İnkişaf partiyasının binası qarşısında partlayış törədilib
# 15 avqust 2015 22:16 (UTC +04:00)

Bakı-APA. PKK terrorçuları Türkiyənin Diyərbəkir vilayətində, Şanlıurfa bölgəsində hakim Ədalət və İnkişaf partiyasının qərargahı qarşısında partlayış törədib.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində binanı mühafizə edən polis əməkdaşı yaralanıb.

Hadisə yerinə gələn polis qüvvələri qərargahın yaxınlığında daha bir partlayıcı qurğu aşkar edib və zərərsizləşdiriblər.

Hadisə əlaqədar bölgədə genişmiqyaslı əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR