Obamanın vida mətbuat konfransının tarixi məlum olub

Obamanın vida mətbuat konfransının tarixi məlum olub
# 13 yanvar 2017 20:52 (UTC +04:00)

Barak Obama ABŞ prezidenti qismində son mətbuat konfransını yanvarın 18-də keçirəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

“Çərşənbə günü prezident Obama Ağ Evdə vida mətbuat konfransı keçirəcək”, deyə C.Ernest bildirib.

Barak Obama yanvarın 20-də vəzifəsini tərk edir. Həmin gün ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inauqurasiya mərasimi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR