ABŞ və Cənubi Koreya ballistik raketlərin təlim sınağını həyata keçiriblər

ABŞ və Cənubi Koreya ballistik raketlərin təlim sınağını həyata keçiriblər
# 29 iyul 2017 03:27 (UTC +04:00)

ABŞ və Cənubi Koreya KXDR-in ballistik raketi sınaqdan keçirməsinə cavab olaraq ballistik raketlərin təlim sınağını həyata keçiriblər.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, təlim buraxılışlarında Cənubi Koreyanın “Xenmu-2” və ABŞ-ın ATACMS raketləri istifadə edilib.

Pentaqon bundan əvvəl Şimali Koreyanın növbəti dəfə ballistik raketi sınaqdan keçirdiyini bəyan edib.

Məlumat Cənubi Koreya və Yaponiyanın hərbi qurumları tərəfindən təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR