Ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbir keçirilib

Ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbir keçirilib
# 04 oktyabr 2017 10:24 (UTC +04:00)

Bu gün 2 saylı Baza Tibb Kollecində Azərbaycanda ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə tibb kollecinin direktor müavini Vəfa Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin və UNICEF-in təşəbbüsü ilə hər il oktyabr ayının ilk həftəsi ana südü ilə qidalandırma həftəsi kimi qeyd edilir.

Onun sözlərinə görə, bu münasibətlə Bakıda və regionlarda bir sıra tədbirlər keçirilir və onların əsas məqsədi ana südünün təbliği, onun faydaları barədə ətraflı məlumat verməkdir: "Ötən əsrin sonlarında ana südü ilə qidalanma minimal həddə çatmışdı. Bu səbəbdən ana südünün təbliği istiqamətində bir sıra tədbirlər keçirilməyə başlandı. Bu tədbirlərin əsas məqsədi cəmiyyətə ana südünün həm körpənin, həm də ananın sağlamlığına da çox faydalı olduğunu çatdırmaq və süni qidaların yayılmasının qarşısını almaq idi. Ölkəmizdə 1992-ci ildən bu günədək olan statistikaya nəzər salsaq, ana südü ilə qidalanmanın iki dəfə artığını görərik. 1992-ci ildə uşaqların 25 faizi ana südü ilə qidalanırdısa, hazırda bu rəqəm 50 faizdən çoxdur. Bu rəqəmin 100 faizə çatdırılması istiqamətində işlər aparılır. Hər ana bilməlidir ki, körpəni altı ayına qədər yalnız ana südü ilə qidalandırmaq lazımdır. Yeni doğulmuş körpəni həyatının ilk saatında ana südü ilə qidalandırmaq doğuşdan sonra döşdən ifraz edilən ağız südü (moloziva) körpənin sağlamlığı üçün çox faydalıdır".

Tədbirdə ana südü ilə qidalandırma həftəsinə həsr edilmiş "Ana südü sağlamlığın, anam isə qəhrəmanımdır" mövzusunda videoçarx və 2 saylı Tibb Kolleci tərəfindən hazırlanan çarx nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR