Abşeronda avtomobillə piyadanı vuran sürücü saxlanılıb

Abşeronda avtomobillə piyadanı vuran sürücü saxlanılıb
# 24 oktyabr 2016 09:51 (UTC +04:00)

Bakı-APA. Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 21-də saat 19 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini 78 yaşlı Nəsib Mustafayev vurulub. Xəstəxanaya gətirilmiş piyada orada ölüb.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Geely” markalı avtomobilin sürücüsü - rayon sakini Əbülfəz Rüstəmov saxlanılıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR