Azərbaycan Afrika İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Azərbaycan Afrika İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
# 29 noyabr 2016 11:30 (UTC +04:00)

“Əlimizdən gələni edirik ki, Azərbaycanla CAR arasında əməkdaşlıq inkişaf etsin”.

APA-nın məlumatına görə, bu sözləri Cənubi Afrika Respublikasının xarici işlər naziri Maite Nikoana Maşabane Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, CAR Afrika İttifaqı çərçivəsində də bu əlaqələri inkişaf etdirmək istəyir: “Azərbaycan Afrika İttifaqı ilə əməkdaşlıqdan maraqlıdır”.

Onun sözlərinə görə, dekabrda Afrika İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü olacaq və Azərbaycan həmin görüşdə “Asan Xidməti” təqdim etməyi düşünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR