Bakıda yataqxanada yanğın baş verib

Bakıda yataqxanada yanğın baş verib
# 27 noyabr 2016 21:01 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində yerləşən ümumi sahəsi 20 m² olan mətbəxin tavanı 4 m² sahədə yanıb.

Mətbəxin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR