Rusiyanın San Fransiskodakı baş konsulu əməkdaşların konsulluğu tərk edəcəyi tarixi açıqlayıb

Rusiyanın San Fransiskodakı baş konsulu əməkdaşların konsulluğu tərk edəcəyi tarixi açıqlayıb
# 03 sentyabr 2017 02:59 (UTC +04:00)

Rusiyanın San Fransiskodakı Baş Konsulluğu fəaliyyətini dayandırıb, lakin binada yaşayan rusiyalı diplomatlar oktyabrın 1-dək orada qala bilərlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın San Fransiskodakı baş konsulu Sergey Petrov deyib.

“ABŞ qanunsuz qərarı ilə konsulluq bağlanıb. Baş Konsulluğun əməkdaşları və onların ailə üzvləri hələ oktyabrın 1-dək binada yaşaya bilərlər”, - deyə Petrov bildirib.

Onun sözlərinə konsulluq yerli vaxtla saat 11.00-dan (Bakı vaxtı ilə 22.00-dan) fəaliyyətini dayandırıb.

Qeyd edək ki, ABŞ bundan əvvəl sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR